Putin və Tramp telefon danışığı olub - YENİLƏNİB

Əsəd Abbaslı
Putin və Tramp telefon danışığı olub - YENİLƏNİB

ABŞ-nin prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında bir saat davam edən telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzuları Ukrayna və İran ətrafında yaranmış vəziyyət olub.

Tramp, danışıqlar zamanı, hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının vacibliyini vurğulayıb.
Vladimir Putin isə öz növbəsində bildirib ki, Rusiya danışıqlardan imtina etmir, lakin xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olacağını bəyan edib.

Kremlin rəsmisi Yuri Uşakovun sözlərinə görə, tərəflər İranla bağlı vəziyyəti də ətraflı şəkildə müzakirə ediblər. Rusiya tərəfi, bu məsələdə münaqişənin demokratik yolla tənzimlənməsi mövqeyində olduğunu bir daha təsdiqləyib.

19:10

Hazırda Putin və Tramp arasında telefon danışığı baş tutur.

Operativ Media xəbər verir ki, danışıqların mövzusu və nəticələri barədə əlavə məlumat veriləcək.

17:43

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə Tramp öz sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, telefon danışığı bu gün Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

***
17:19

Bu gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutacaq.

Operativ Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Digər xəbərlər