14 Oktyabr 2022, 19:19
ABŞ Ukrayna üçün yeni hərbi yardım elan edəcək
ABŞ Ukrayna üçün yeni hərbi yardım elan edəcək şəkil
ABŞ Ukrayna üçün yeni hərbi yardım elan edəcək

Bayden administrasiyası tezliklə Ukrayna üçün növbəti hərbi yardım paketini elan edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat verir.

725 milyon dollar dəyərində olan paketə mərmilər, sursatlar və "Humvee" hərbi texnikaları daxil olacaq. Agentlik hərbi yardımın elan olunana qədər tərkibi, miqdarının dəyişə biləcəyini qeyd edib.

Mənbələr bildirir ki, yeni hərbi yardım paketinə Ukraynanın tələb etdiyi hava hücumundan müdafiə vasitələri daxil deyil. Yeni hərbi yardım paketi əsasən Ukraynanın əks-hücumlarını gücləndirməyə kömək edəcək.

Qeyd edək ki, Kiyev və digər şəhərlərə kütləvi raket hücumundan sonra Ukrayna tərəfdaşlarından hava hücumundan müdafiə sistemləri istəyib. ABŞ, Almaniya və Britaniya Ukraynaya bu sistemlərdən göndəriləcəyini bildirib.

Son xəbərlər
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB