Menyu

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Operativ Media xəbər verir ki, ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.

“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.

O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.

Teqlər:

"T\u00fcrkiy\u0259 Prezidenti \u015eu\u015fan\u0131n ECO-nun turizm paytaxt\u0131 se\u00e7ilm\u0259si m\u00fcnasib\u0259til\u0259 Az\u0259rbaycan\u0131 t\u0259brik edib"

Əlaqəli Xəbərlər