İlham Əliyev Pezeşkiana Şuşa barədə məlumat verib - VİDEO

Əsəd Abbaslı
İlham Əliyev Pezeşkiana Şuşa barədə məlumat verib - VİDEO

Xəbər verdiyimiz kimi, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib.

Operativ Media xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Şuşa şəhərində və işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış məscidlər barədə ətraflı məlumat verib.

Dövlət başçısı Şuşanın tarixi, mənəvi və strateji əhəmiyyətini də xüsusi vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, hazırda bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, dini abidələr, o cümlədən məscidlər əsaslı şəkildə bərpa olunur.

Görüntüləri təqdim edirik:

Digər xəbərlər