14 Oktyabr 2022, 19:40
KİV: ABŞ Ukraynaya yeni hərbi yardım paketinin məbləğini açıqlayıb

ABŞ Ukraynaya hərbi yardımın davamı olaraq 725 milyon dollarlıq texnika və sursat göndərəcək.
"Operativ Media" “Reuters“ə istinadən xəbər verir ki, yeni paketdə müasir silah sistemləri və hərbi hava hücumundan müdafiə qurğuları olmayacaq.
Paketdə nəzərdə tutulduğu kimi Ukraynaya “Humvee” zirehli döyüş maşınları göndəriləcək.
Xatırladaq ki, bu il fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatların başlandığını elan edib. Bunun ardınca isə qərb dövlətləri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynaya həcmi milyardlarla dollarla ölçülən silah yardımı edir.