Menyu

Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər

Əziz Əzizli
Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər

Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” ətrafında yeddinci panel keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Məlumata görə, panel müzakirə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.

Panel müzakirəsi çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.

Teqlər:

"Az\u0259rbaycan diplomatlar\u0131 xaricd\u0259 ya\u015fayan az\u0259rbaycanl\u0131lar\u0131n h\u00fcquqlar\u0131n\u0131n qorunmas\u0131 m\u0259s\u0259l\u0259sini m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər