Hipertoniyanın qarşısını almağın sadə yolu kəşf edilib
Nərmin Qocamanlı
Çinli alimlərin apardığı yeni araşdırmalara görə, protein qəbulunda müxtəliflik yüksək qan təzyiqi – hipertoniya riskini azaldır.
Operativ Media xəbər verir ki, bu araşdırma 1997–2015-ci illər ərzində 12.000-dən çox insanın pəhriz və sağlamlıq məlumatları əsasında aparılıb.
İştirakçılar səkkiz fərqli protein mənbəyi üzrə qiymətləndirilib: tam taxıllar, təmizlənmiş taxıllar, ət məhsulları, qırmızı ət, quş əti, balıq, yumurta və paxlalılar.
Nəticədə dörd və ya daha çox protein növü qəbul edən şəxslərdə hipertoniya riski digərlərlə müqayisədə 66% aşağı olub.
Alimlər vurğulayır ki, burada söhbət miqdardan yox, məhz zülal müxtəlifliyindən gedir.
Şəfa Hüseynli
Teqlər:
"Hipertoniyan\u0131n qar\u015f\u0131s\u0131n\u0131 alma\u011f\u0131n sad\u0259 yolu k\u0259\u015ff edilib"