Menyu

Rusiya XİN: Moskva həbs olunan jurnalistlərlə bağlı Bakı ilə təmasdadır

Əziz Əzizli
Rusiya XİN: Moskva həbs olunan jurnalistlərlə bağlı Bakı ilə təmasdadır

Rusiya həbs olunan rusiyalı jurnalistlərlə bağlı Azərbaycanla, o cümlədən hüquq-mühafizə orqanları xətti ilə təmas saxlayır.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayırıq. Əminik ki, yaranmış bütün məsələlər mövcud siyasi-diplomatik kanalların cəlb olunması ilə tərəfdaşlıq müstəvisində həll edilməlidir. Məhz bu yanaşma ölkələrimizin xalqlarının fundamental maraqlarına xidmət edir”, – deyə Zaxarova vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər