TDT ölkələrinin 10-cu Turizm Nazirləri toplantısında mühüm sənəd imzalandı

Əziz Əzizli
TDT ölkələrinin 10-cu Turizm Nazirləri toplantısında mühüm sənəd imzalandı

“Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Operativ Media Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu iyulun 8-9-da Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirakı zamanı baş tutub.

Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib.

Digər xəbərlər