Menyu

Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb

Nərmin Qocamanlı
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb

10 iyul 2025-ci il tarixində Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan danışıqları, indiyə qədər olan görüşlər arasında ən uzun müddət davam edən görüş olub.

Operativ Media xəbər verir ki, görüş 5 saata yaxın davam edib.

10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatın ardından bir çox görüşlər həyata keçirilib. 

Həmin görüşlər və onların müddətləri aşağıdakı kimidir:

2021-ci il:

  • 11 yanvar – Moskva görüşü (təxminən 3 saat)

  • 26 noyabr – Soçi görüşü (təxminən 2 saat 30 dəqiqə)

2022-ci il:

  • 6 oktyabr – Praqa görüşü (təxminən 1 saat 45 dəqiqə)

  • 31 oktyabr – Soçi görüşü (təxminən 2 saat)

2023-cü il:

  • 14 may – Brüssel görüşü (Şarl Mişel vasitəçiliyi ilə, təxminən 2 saat 15 dəqiqə)

  • 1 iyun – Kişinyov görüşü (Avropa Siyasi Birliyi çərçivəsində, təxminən 1 saat)

2024-cü il:

  • 24 oktyabr – Kazan görüşü (BRİCS çərçivəsində, təxminən 1 saat 30 dəqiqə)

Teqlər:

"\u018fbu-Dabi g\u00f6r\u00fc\u015f\u00fc Az\u0259rbaycan-Erm\u0259nistan dan\u0131\u015f\u0131qlar\u0131nda m\u00fcdd\u0259tin\u0259 g\u00f6r\u0259 tarix\u0259 d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər