Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Nərmin Qocamanlı
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrəyə səfər çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Məlumata görə, görüşdə 18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib.
"Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Teqlər:
"R\u0259\u015fad N\u0259biyev BT\u0130-nin Ba\u015f katibi il\u0259 dan\u0131\u015f\u0131qlar apar\u0131b"