Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB

Fərrux Qocamanlı
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

***

12:56

Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Suriyanın "Sana" agentliyi məlumat yayıb.

 

Digər xəbərlər