18 Fevral 2023, 14:06
MN: Bir qrup media nümayəndəsi ilə görüş keçirilib
MN: Bir qrup media nümayəndəsi ilə görüş keçirilib şəkil
MN: Bir qrup media nümayəndəsi ilə görüş keçirilib

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti və hərbi vətənpərvərlik mövzularını işıqlandıran bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

"Operativ Media" nazirliyin yaydığı məlumata istinədən xəbər verir ki, Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri ilə keçirilən görüşdə müasir dövrdə hərbi xidmətin təbliği, gənclərin hərbi mövzuda maarifləndirilməsi və vətənpərvər ruhda tərbiyə edilməsində medianın rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı media subyektləri ilə işin daha səmərəli təşkili, hərbi vətənpərvərliyin təbliğatında yeni forma və metodların tətbiqi, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də 2023-cü ildə birgə fəaliyyət planı barədə müzakirələr edilib. Görüşdə həmçinin media subyektlərindən daxil olan müraciətlərin icra mexanizmi, hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər