Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni təyinat olub
Gozel Həşimova
Hərbi Prokurorluqda yeni təyinat olub.
Operativ Media Oxu.az-a istinadən xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib.
Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, iyulun 15-də də Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Baş prokuror Kamran Əliyevin əmri ilə, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək, digər əmr ilə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.
Hərbi Prokurorluqda islahatlar davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net