İqlim danışıqlarının 2-ci qeyri-rəsmi Şamaxı toplantısı bu gün işə başlayıb
Şəfa Hüseynli
İqlim danışıqlarının 2-ci qeyri-rəsmi Şamaxı toplantısı bu gün COP prosesində iştirak edən bütün danışıqlar qrupunu təmsil edən 40-a yaxın dövlətin nümayəndələrinin iştirakı ilə işə başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev "X" hesabında paylaşım edib.
COP29 ev sahibi və sədrliyi qismində Azərbaycanın təşəbbüsü ilə ötən il yaradılan bu format danışıqçılar arasında qeyri-rəsmi mühitdə daha sərbəst və açıq fikir mübadiləsini təşviq etmək istiqamətində öz unikallığı ilə seçilir. Şamaxı tədbirinin nəticəsi olaraq COP30-da qəbul olunması nəzərdə tutulan qərar layihələri üzrə ciddi irəliləyişlər əldə edilməsi gözlənilir.
Teqlər:
"\u0130qlim dan\u0131\u015f\u0131qlar\u0131n\u0131n 2-ci qeyri-r\u0259smi \u015eamax\u0131 toplant\u0131s\u0131 bu g\u00fcn i\u015f\u0259 ba\u015flay\u0131b"