İyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
XİN-dən Operativ Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.
Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:35
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Danışıq zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları müzakirə olunub.
Tərəflər bölgədəki son vəziyyət və sülh prosesinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.