Menyu

Azərbaycan və Gürcüstan təhsil nazirləri arasında Bakıda görüş keçirilib

Əziz Əzizli
Azərbaycan və Gürcüstan təhsil nazirləri arasında Bakıda görüş keçirilib

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında Bakıda görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüşdə iki ölkənin təhsil sistemlərində həyata keçirilən islahatlar, mövcud əməkdaşlıq və qarşıda duran prioritetlər müzakirə edilib.

Görüş zamanı Givi Mikanadze bildirib ki, Gürcüstan azərbaycanlı şagird, tələbə və müəllimləri dəstəkləmək məqsədilə bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, bu təşəbbüslər sırasında məktəblərdə dil tədrisinin gücləndirilməsi və ali məktəblərdə tələbələrin maliyyələşdirilməsinin artırılması istiqamətində proqramlar yer alır.

Tərəflər STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsilinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıblar. Azərbaycan tərəfi Gürcüstanda STEAM mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Givi Mikanadze azərbaycanlı həmkarının bu sahədə əməkdaşlıq təklifini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin təhsil nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupunun fəaliyyətinin bərpası məsələsinə toxunulub. Bildirilib ki, işçi qrup cari ilin avqust ayından etibarən birgə fəaliyyətə başlayacaq.

Sonda Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstana səfərə dəvət edib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 G\u00fcrc\u00fcstan t\u0259hsil nazirl\u0259ri aras\u0131nda Bak\u0131da g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Əlaqəli Xəbərlər