Menyu

Rusiyada azərbaycanlı blogerə qarşı milyonluq vergi işi qaldırıldı

Əziz Əzizli
Rusiyada azərbaycanlı blogerə qarşı milyonluq vergi işi qaldırıldı

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.

Operativ Media Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

"Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə, yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun qardaşı və atasına qarşı da irəli sürülüb", - məlumatda bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər