Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü olacaq - YENİLƏNİB

Əsəd Abbaslı
Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü olacaq - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İsrail və Suriya rəsmiləri Bakıda danışıqlar aparacaq.

Operativ Media xəbər verir ki, Times of Israel Bakıda görüş keçirəcək rəsmilərin adını açıqlayıb.

Məlumata görə, İsrailin strateji məsələlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani sabah danışıqlar üçün Azərbaycana səfər edəcəklər.

19:10

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl də bir sıra media orqanları Suriya və İsrail rəsmilərinin Bakıda görüşdüyü ilə bağlı məlumat yaymışdılar.

Digər xəbərlər