Menyu

Almaniya XİN və DİN rəhbərləri Kahramanmaraşa gedəcək

Nərmin Qocamanlı
Almaniya XİN və DİN rəhbərləri Kahramanmaraşa gedəcək

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Faeser zəlzələ fəlakəti ilə əlaqədar Kahramanmaraşa səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristian Vaqner Berlində verdiyi açıqlamada, Baerbock və Faeserin sabah zəlzələdən zərər çəkmiş bölgələri ziyarət etmək üçün Kahramanmaraşa gedəcəklərini bildirib.

Vaqner səfərin qısa müddətdə planlaşdırıldığı və proqram hazırlıqlarının davam etdiyi üçün ətraflı açıqlama verə bilməyəcəyini bildirib.

Əldə edilən məlumata görə, iki nazir Pazarcıkdakı çadır şəhərciyi ziyarət edəcək və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

 

Teqlər:

"Almaniya XİN DİN rəhbərləri Kahramanmaraşa gedəcək"

Əlaqəli Xəbərlər