Menyu

TASS agentliyi Azərbaycanla bağlı buraxdığı səhvə 3-cü düzəlişi etdi - YENİLƏNİB

Əziz Əzizli
TASS agentliyi Azərbaycanla bağlı buraxdığı səhvə 3-cü düzəlişi etdi - YENİLƏNİB

Rusiyanın TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini 3-cü dəfə dəyişib.

Operativ Media-nın məlumatına görə, ötən gün yerləşdirilən məqalənin başlığından Azərbaycanın tələbi ilə "Naqorny Karabakh", "Stepanakert" ifadələri silinərək "Karabakh" olaraq dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan XİN bildirmişdi ki, TASS-da Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

***

09:15

Rusiyanın TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib.

Operativ Media xəbər verir ki, yeni sərlövhədə "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.

Xatırladaq ki, ötən gün TASS “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Azərbaycan XİN bildirmişdi ki, TASS-da Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər