Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Operativ Media Rusiya KİV-ə istinadən xəbər verir ki, Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edərək, Ukrayna böhranının nizamlanması üzrə Vaşinqtonla dialoqun gedişi, o cümlədən Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri ruhunda ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff ilə son görüşün əsas nəticələri barədə danışıb.
Məlumata görə minnətdarlığını bildirən Kasım-Jomart Tokayev münaqişənin sülh yolu ilə həlli yollarının tapılmasına yönəlmiş addımları alqışlayıb.
Qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, sənaye və enerji sahələrində iri infrastruktur layihələrinin həyata keçirilməsinin praktiki aspektləri vurğulanmaqla ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.
"İlin sonunadək qarşıdan gələn ikitərəfli tədbirlərə ən yüksək səviyyədə hazırlıq məsələlərinə də toxunulub", - məlumatda qeyd olunub.