XİN: Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir
Şəfa Hüseynli
Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
"Azərbaycan Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyir.
Azərbaycan, həmçinin Gürcüstanla yaxın tərəfdaşlığa və mehriban qonşuluq münasibətlərinə böyük önəm verməyə davam edir",- paylaşımda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma