Menyu

Trampla Paşinyanın görüşü başa çatıb - YENİLƏNİB

Əsəd Abbaslı
Trampla Paşinyanın görüşü başa çatıb - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Operativ Media xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.

22:55

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Operativ Media xəbər verir.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Paşinyanla görüşdən sonra Prezident Tramp Ağ Evdə təşkil olunacaq genişmiqyaslı danışıqlarda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə təklikdə görüşəcək.

Bu görüş Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülh müqaviləsinin imzalanması ümidlərini artırır.

Prezident Tramp hər iki liderlə ikitərəfli münasibətləri möhkəmləndirmək və regionda sülhü təşviq etmək üçün əməkdaşlıq planlarını müzakirə edəcək.

Görüşlərdən sonra Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.

Teqlər:

"Trampla Pa\u015finyan\u0131n g\u00f6r\u00fc\u015f\u00fc ba\u015fa \u00e7at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər