Tramp və İlham Əliyev arasında görüş başlayıb - YENİLƏNİB - VİDEO
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.
Operativ Media xəbər verir ki, ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar.
Tramp Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.
Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.
Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq.
Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.
23:20
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Azərbaycan lideri İlham Əliyev arasında keçiriləcək ikitərəfli görüş üçün son tamamlama işləri aparılır.
Operativ Media xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısına Azərbaycanın dövlət bayrağı gətirilib.
Qeyd edək ki, hazırda Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.