Menyu

Azərbaycan və Ermənistan ATƏT-ə Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair müraciət edib

Əsəd Abbaslı
Azərbaycan və Ermənistan ATƏT-ə Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair müraciət edib

Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik edib.

Operativ Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə yer alıb.

“Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”, - tərəflər bəyannamədə çağırış ediblər.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan AT\u018fT-\u0259 Minsk Prosesi v\u0259 onunla \u0259laq\u0259li strukturlar\u0131n\u0131n ba\u011flanmas\u0131na dair m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər