Tramp və Putin avqustun 15-də Alyaskada görüşəcək
Əziz Əzizli
Tramp və Putin avqustun 15-də Alyaskada görüşəcək.
Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
Uşakov bildirib ki, Rusiya və ABŞ yaxın qonşudurlar, ona görə də liderlərin sammitinin Alyaskada keçirilməsi məntiqlidir.
O qeyd edib ki, Rusiya və ABŞ-nin iqtisadi maraqları Alyaskada və Arktikada kəsişir və irimiqyaslı layihələrin həyata keçirilməsi üçün perspektivlər var.
Moskva Putinlə Trampın Alyaskadan sonra növbəti görüşünün Rusiyada baş tutacağını gözləyir. Uşakov əlavə edib ki, ABŞ prezidentinə dəvət göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net