Tokayev: Bakı ilə İrəvan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir
Şəfa Hüseynli
Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə tarixi nailiyyətdir.
Operativ Media xəbər verir ki, bu barədə bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi dövlət başçısının adından açıqlayıb.
Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.
Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu cür mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib, Almatıda sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net