Avropa İttifaqının genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı iki ölkə arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, o, bu barədə "X "sosial şəbəkəsində paylaşım edib.
“Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı sülh sazişinin paraflanması münasibətilə təbrik edirəm. Bu, davamlı sülh və sabitlik yolunda həlledici addımdır. Mən Ermənistan və Azərbaycana qarşıdakı səfərlərimi səbirsizliklə gözləyirəm və nizamlanma prosesini və regional əlaqəni dəstəkləməyə hazıram”, - o yazıb.