Menyu

Rumıniya Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi mühüm addım sayır

Əziz Əzizli
Rumıniya Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişi mühüm addım sayır

Rumıniya ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır”, - o yazıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər