Çexiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını dəstəkləyir
Əziz Əzizli
Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını dəstəkləyib.
Operativ Media xəbər verir ki, bu barədə qurumun “X” səhifəsində yazılıb.
“Biz hər iki tərəfin sülhə nail olmaq səylərini, eləcə də ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu addım Cənubi Qafqazda gələcək əməkdaşlığa və firavanlığa yol açacaq”, - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma