Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, tərəflər ölkələr arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Dövlət başçıları regionda sülh və təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
15:03
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə rəsmi səfərə gedib.
Operativ Media xəbər verir ki, Kavelaşvili səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Tərəflər mətbuata birgə bəyanatla çıxış edəcəklər.
***
12:03
Gürcüstan Mixail Kavelaşvili Türkiyəyə rəsmi səfərə gedəcək.
Operativ Media xəbər verir ki, Mixail Kavelaşvili və onu müşayiət edən nümayəndə heyəti sarayda prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Bundan sonra media üçün birgə bəyanat veriləcək.