Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Azərbaycan Respublikasının Prezideni İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə olan sülh dialoqunun əhəmiyyətini vurğulayırıq.

Əminik ki, əldə olunan razılaşmalar mehriban qonşuluq münasibətlərinin inkişafına zəruri əsas yaradacaq, eyni zamanda, Qafqazda sabitliyin və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə və konstruktiv regionlararası əməkdaşlığın genişlənməsinə kömək edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Digər xəbərlər