Azərbaycan beynəlxalq sülhə töhfədə qərarlıdır
Əsəd Abbaslı
Azərbaycan NATO ilə tərəfdaşlığa sadiq qalır.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəliyinin "X" hesabındakı paylaşımda deyilir.
"Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdə qərarlıdır", - paylaşımda bildirilib.
Həmçinin Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilən razılıqlarla bağlı təbrikinə görə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugeyə təşəkkür edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net