Rubio: Azərbaycan və Ermənistanla sülh sazişi Trampın sülhün prezidenti olmaq niyyətinə misaldır
Əsəd Abbaslı
Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.
Operativ Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir:
“O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”, - deyə Rubio əlavə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma