
İran İngiltərə və Aİ ölkələrində 13 qurum və 23 yüksək vəzifəli şəxsə qarşı sanksiya tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.
Xarici İşlər Nazirliyinin açıqlamasında 13 qurum və 23 şəxsə qarşı sanksiyaların “viza qadağası, İrana girişinə qadağa və İrandakı aktivlərinin müsadirəsi də daxil olmaqla” tətbiq edildiyi bildirilib.
Sanksiyaya məruz qalan qurumlar siyahısında "NATO Avropa Müttəfiqləri Ali Komandanlığı (SACEUR), Alman Ordusu Milli Komandanlığı və Ümumi Kosmik Əməliyyatlar Bölməsi, Alman silah şirkəti Maffei Wegmann Kraus" adlı qurum və təşkilatlar da yer alıb.
Sanksiyaya məruz qalan şəxslərin siyahısında “Qadın və kişi bərabərliyi naziri İzabelle Roma, Fransanın sənaye naziri Roland Leskür, Almaniya parlamentinin üzvü Roderik Kizvetter, Almaniya parlamentinin üzvü Renata Alt, Stüart İngiltərədən Kral Dəniz Hava Bazasının komandanı İrvin və İngiltərədən Birləşmiş Hərbi Dəniz Qüvvələri komandanının müavini Filip Dennis də var.