Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.
Operativ Media-nın xəbərinə görə, Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.
Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.
Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.
***
03:00
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.
Operativ Media xəbər verir ki, görüş 3 saatdan çox davam edib.
Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.
İki ölkə liderinin mətbuat konfransında çıxış etmələri gözlənilir.
***
23:45
Putin və Trampın danışıqları "üçün-üçə" formatında başlayıb.
Operativ Media xəbər verir ki, görüş mətbuata qapalı keçirilir.
***
23:15
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.
Bu barədə Operativ Media Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.