Menyu

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb

Şəfa Hüseynli
Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb.

Operativ Media  xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb müəssisəsində vərəmə yoluxmuş və ya bu xəstəliyə şübhəli bilinən uşaqların müayinəsi, diaqnostikası, fərdi müalicə planları əsasında stasionar şəraitdə müalicəsi və təhsilini davam etdirməklə cəmiyyətə reinteqrasiyası təmin edilir.

Ümumi sahəsi 2800 kvadratmetr olan xəstəxana kompleksində uşaqların təhsildən geri qalmamaları üçün sanitariya və təhsil normalarına uyğun tədris imkanları olan xüsusi sinif otaqları yaradılıb. Təhsil xəstəxananın təhkim olunduğu tam orta məktəbin müəllimləri tərəfindən tədris olunur və bu, müalicə prosesində olan uşaqların təhsilinin davamlılığını təmin edir.

İnzibati binada işin səmərəli təşkili üçün yüksək sürətli internet və müasir kompüter avadanlıqları ilə təchiz olunmuş elektron idarəetmə sistemi də qurulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər