Menyu

Ceyhun Bayramov Britaniyalı naziri Laçın yolu ətrafındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırıb

Nərmin Qocamanlı
Ceyhun Bayramov Britaniyalı naziri Laçın yolu ətrafındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırıb

22 fevral 2023-cü il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumatb yayıb.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.

Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi məlumatlandıran nazir, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə ətraflı məlumat verərək həyata keçirilən etirazların Laçın yolunun sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı olduğunu, həmçinin blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfə məlumat verilib.

Teqlər:

"Ceyhun Bayramov Britaniyalı naziri Laçın yolu ətrafındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırıb"

Əlaqəli Xəbərlər