Menyu

Ukrayna Azərbaycandan qaz idxalını davam etdirməkdə maraqlıdır

Nərmin Qocamanlı
Ukrayna Azərbaycandan qaz idxalını davam etdirməkdə maraqlıdır
1 dəq oxu

Ukrayna Azərbaycandan qaz idxalını davam etdirməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyinin rəhbəri Svetlana Qrinçuk bildirib.

Onun sözlərinə görə, Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqlinin sınaq layihəsi artıq başa çatıb.

"Hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlasaq, tədarükü uzadacağıq".- deyə Qrinçuk qeyd edib.

Əlaqəli Xəbərlər