Menyu

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Şəfa Hüseynli
İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Operativ Media xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.

"Səfir Ronen Krausz Fəxri Xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi",-məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, diplomat, eyni zamanda, Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək onun igidliyini və fədakarlığını dərin hörmətlə anıb:

"Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın güclü bir təcəssümüdür".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər