Paşinyan: ABŞ razılaşmasından sonra Azərbaycan və Ermənistan arasında sülh yaranıb
Əziz Əzizli
ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanması “dönüş nöqtəsi”dir.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Ermənistanın baş naziri bəyan edib ki, ABŞ-də imzalanan sənədlərin nəticəsində Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub.
“Avqustun 8-dən sonra biz tamamilə fərqli, tamamilə yeni Cənubi Qafqazda yaşayırıq, tamamilə fərqli, tamamilə yeni Ermənistanda yaşayırıq və bu faktı dərk etməliyik”, - deyə Paşinyan bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma