Volodimir Zelenski və Arif Alvi arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Ukrayna Prezidenti Volodimir Zelenski və Pakistan Prezidenti Arif Alvi arasında telefon danışığı olub.
"Operativ Media"nın xəbərinə görə, bu barədə Zelenski teleqramda bildirib.
“Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin, BMT Nizamnaməsinə hörmətin vacibliyini qeyd etdik. “Taxıl razılaşması”na xüsusi diqqət yetirdik. Dövlətimiz dünya ərzaq təhlükəsizliyinin təminatçısı kimi fəaliyyətini davam etdirməyə hazırdır”, - Ukrayna Prezidenti bildirib.
Teqlər:
"Volodimir Zelenski və Arif Alvi arasında telefon danışığı olub"