Ermənistan bizim üçün mühüm qonşudur və tarix göstərir ki, münasibətlərimizin dərin kökləri var.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanatında İran prezidenti Məsud Pezeşkian söyləyib.
“Biz qonşularımızın əmin-amanlığını arzulayırıq. Hesab edirik ki, inteqrasiya və dostluq amili təhlükəsizliyin qorunması və inkişaf yolunda irəliləmək üçün ən mühüm vasitələrdir”, – Pezeşkian qeyd edib.