Türkiyə səfiri Birol Akgün Hikmət Hacıyevlə görüşüb
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Operativ Media xəbər verir ki, bu haqda səfirliyin rəsmi "X" hesabı məlumat paylaşıb.
"Səfirimiz Birol Akgün bu gün Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesinə dair aktual məsələlərlə yanaşı, ölkəmizin qardaş Azərbaycanla ortaq maraqlarına aid regional inkişaflar da ətraflı müzakirə olunub", - deyə paylaşımda qeyd edilib.
Büyükelçimiz @Birol_Akgun, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’in Dışişlerinden Sorumlu Yardımcısı Hikmet Hacıyev’e bugün bir ziyarette bulunmuştur.
— Türkiye in Azerbaijan (@TC_BakuBE) August 19, 2025
Görüşmede, Azerbaycan-Ermenistan barış sürecine ilişkin güncel meselelerin yanısıra ülkemizin #kardeş Azerbaycan’la ortak… pic.twitter.com/r04DaZm061