Fransa Azərbaycana yeni səfir təyin edib
Əziz Əzizli
Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.
Xanım diplomat da bu barədə "X" hesabında yazıb:
“Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək məniim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net