Putin-Zelenski görüşü Macarıstan və ya İsveçrədə keçirilə bilər
Əziz Əzizli
Ağ Ev Macarıstan və İsveçrəni Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş, eləcə də ABŞ prezidenti Donald Trampla sonrakı üçtərəfli sammit üçün mümkün məkanlar kimi nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu haqda CNN Ağ Evin üç rəsmisinə istinadən xəbər verir.
Rəsmilərdən birinin sözlərinə görə, ABŞ prezidenti Macarıstanın baş naziri Viktor Orbanla bu yaxınlarda telefon danışığında Budapeştdə görüşün keçirilməsi imkanını şəxsən müzakirə edib.
Mənbələr hələlik yekun qərarın verilmədiyini və müxtəlif variantların müzakirə olunduğunu vurğulayır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net