Menyu

Vens: Ukrayna razılaşmasının əsasları Putin-Zelenski görüşündən əvvəl razılaşdırıla bilər

Əziz Əzizli
Vens: Ukrayna razılaşmasının əsasları Putin-Zelenski görüşündən əvvəl razılaşdırıla bilər

ABŞ-nin vitse-prezidenti C.D. Vens Ukraynada sülhün tənzimlənməsinin əsas detallarının, o cümlədən təhlükəsizlik zəmanətləri və ərazi məsələlərinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüşdən əvvəl ümumi şəkildə razılaşdırılmasını təklif edib.

Operativ Media xəbər verir ki, "Fox News"a müsahibəsində Putin və Zelenskinin görüşündən əvvəl razılaşmanın əsas təfərrüatlarının yekunlaşmasının mümkünlüyü ilə bağlı suala Vens belə cavab verib: “Bu, yaxşı sualdır. Düşünürəm ki, əgər məsələ bürokratik yolla həll olunarsa, cavab bəli olacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Moskva Ukrayna üzrə danışıqların istənilən formatına hazırdır, lakin yüksək səviyyəli görüşlər bütün əvvəlki mərhələlərdə diqqətlə hazırlanmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər