Lavrov: Vladimir Putin Zelenski ilə görüşməyəcək

Əziz Əzizli
Lavrov: Vladimir Putin Zelenski ilə görüşməyəcək

Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenski ilə görüşməyi planlaşdırmır.

Operativ Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Düşünürəm ki, avqustun sonunadək Zelenski ilə Putin arasında görüş ehtimalı sıfıra bərabərdir. Şanslar da son dərəcə kiçikdir və ya sonradan yox dərəcəsində olacaq. Putinlə Zelenski arasında baş tutacaq sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, yəqin ki, Putinin mövqeyini ya səhv başa düşüb, ya da yanlış istiqamətə yönəlib”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Daha əvvəl Kremlin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Putin və Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışıqlarda “nümayəndələrin səviyyəsinin artırılması” ideyasını müzakirə ediblər. Uşakov görüşlərin səviyyəsinin yüksəldilməsi ilə konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib və liderlər arasında görüşün mümkünlüyünə toxunmayıb. Lakin Ağ Evin mətbuat katibi Karolin Levitt isə təkid edib ki, Putin Zelenski ilə ikitərəfli görüşə razılaşıb.

Digər xəbərlər