Menyu

Paşinyan: Ehtiyac yaranarsa konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm

Nərmin Qocamanlı
Paşinyan: Ehtiyac yaranarsa konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm
1 dəq oxu

“Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm".

Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var”, - deyə Paşinyan bildirib.

Əlaqəli Xəbərlər